AZ

ABŞ-nin sabiq vitse-prezidenti vəfat etdi

ABŞ-nin sabiq vitse-prezidenti Dik Çeyni 84 yaşında vəfat edib. 

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, o, pnevmoniya və ürək-damar xəstəliyinin ağırlaşmasından dünyasını dəyişib. 

Qeyd edək ki, 1941-ci ildə ABŞ-nin Nebraska ştatında anadan olan Dik Çeyni siyasi karyerasına 1969-cu ildə başlayıb. Ata Corc Buşun prezidentliyi dövründə müdafiə naziri vəzifəsini tutan Çeyni, oğul Corc Buşun administrasiyasında vitse-prezident vəzifəsində çalışıb. 

"Cebheinfo.az" 

Seçilən
9
1
cebheinfo.az

10Mənbələr