AZ

Avropa İttifaqı Ukraynaya 1,8 milyard avro ayırır

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 4 noyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Şurası "Ukraine Facility" çərçivəsində Ukraynaya 1,8 milyard avrodan çox məbləğdə beşinci ödənişi təsdiqləyib.

AZƏRTAC Ukraynanın “Ukrinform” informasiya agentliyinə istinadla xəbər verir ki, ödənişlər Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsi strategiyasını, eləcə də yaxın illərdə Aİ-yə daxil olmaq üçün tələb olunan islahatların vaxtını əks etdirən “Ukrayna Planı” ilə sıx bağlıdır.

Ukrayna ödənişin alınması üçün zəruri şərtləri yerinə yetirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
2
azertag.az

3Mənbələr