AZ

Seneqal millisinin hücumçusunu Azərbaycandan istəyən var

Seneqal millisinin hücumçusu Xuma Babakar karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, 32 yaşlı forvarda Premyer Liqa klublarından maraq var.

Babakar özü də, Türkiyə 1-ci liqasından ayrılaraq Azərbaycana gəlməyə hazırdır.

“Sarıyer”in formasını geyinən Xumanın əsas istəyi və şərti var, o da maliyyə məsələsidir.

Onu istəyən klublarımızdan hansı daha çox pul verərsə, Xuma da bu klubun formasını geyinəcək.

Keçidin bu qış baş tutacağı gözlənilir. Seneqal millisində oynamış hücumçu “Fiorentina”, “Rasinq”, “Padova”, “Modena”, “Sassuola”, “Leççe”, “Alanyaspor”, “Kopenhagen”, “Boluspor” klublarında çıxış edib.

Seçilən
22
sportinfo.az

1Mənbələr