AZ

Çində beynəlxalq simpoziumda Azərbaycanın yaşıl inkişafından danışılıb  

Çinin Nankin şəhərində dayanıqlı inkişaf və gələcəyin mobilliyi mövzusunda beynəlxalq simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, Çinin nüfuzlu ali təhsil ocaqlarından olan Cənub-Şərq Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan, Yaponiya, İtaliya, Sinqapur da daxil olmaqla 14 ölkədən alimlər, gənc tədqiqatçılar iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd mobilliyin texnoloji, mədəni, rəqəmsal, ekoloji spektrlərini araşdırmaq, onun insan inkişafındakı roluna töhfə vermək, gənc tədqiqatçıların gələcəyin mobillik gündəliyinin formalaşdırılmasında iştirakını təmin etməkdir.

Tədbirdə Cənub-Şərq Universitetinin Xarici dillər fakültəsinin dosenti Faiq Ağabalayev “Azərbaycanın yaşıl enerji keçidi və regional inkişaf” mövzusunda məruzə edib. Qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda ekoloji təmiz sənayeyönümlü iqtisadi modelə keçən əsas ölkədir. Azərbaycan yaşıl inkişaf, yaşıl enerji sahəsində önəmli layihələr həyata keçirməklə yanaşı, qlobal səviyyədə bu işlərə töhfələr verir. Bunun bariz nümunəsi ölkəmizdə keçirilən COP29 beynəlxalq konfransıdır.

Məruzəçi qeyd edib ki, yaşıl keçid əməkdaşlığı Azərbaycan ilə Çin arasında əlaqələrdə də getdikcə daha çox yer tutur.

Seçilən
1
2
azerbaijan-news.az

3Mənbələr