AZ

Yenidən İrəvana getdi - FOTO

Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov yenidən Ermənistana səfər edib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, İrəvanda təşkil edilən “Orbeli forumu: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” adlı beynəlxalq foruma qatılıb. 

Tədbirdə çıxış edən mərkəz direktoru bildirib ki, Azərbaycanda ictimaiyyət və KİV ötən ay vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvana səfərinin nəticələrinə maraq göstərir: 

“Cəmiyyətlər arasında dialoqa maraq artır, İrəvan səfəri isə etimad quruculuğu istiqamətində bir addım olub. Bir çoxları müsbət yanaşır, KİV səfərin nəticələri ilə fəal şəkildə maraqlanır. Düşünürəm ki, Ermənistan nümayəndə heyəti Azərbaycana səfər edib qayıtdıqdan sonra burada da eyni reaksiya olacaq. Biz qarşılıqlı tanışlıq mərhələsindəyik. Bu gün qarşıdurma ritorikasını davam etdirmək də olar, bir-birimizi eşitməyə və anlamağa çalışmaq da. Vacib olan budur ki, indi ikinci yolu seçmək imkanımız var”.

Xatırladaq ki, oktyabrın 22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub.

Dəyirmi masada Azərbaycan tərəfini Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, 1news.az xəbər portalının baş redaktoru Kəmalə Məmmədova, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.

"Cebheinfo.az" 

Seçilən
37
2
cebheinfo.az

4Mənbələr