AZ

Son 6 mövsümdə Azərbaycanda Abubakar kimisi olmayıb

ain.az bildirir, Fanat portalına istinadən.

“Neftçi”nin futbolçusu Vensan Abubakar Azərbaycan Premyer Liqasındakı debütündə ardıcıl 2 oyunda qol vurub.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kamerunlu hücumçu IX turun “Qəbələ” (2:0) və X turun “Kəpəz”lə (5:1) matçlarında fərqlənib. 

Hər görüşdə 1 dəfə fərqlənən afrikalı forvard Premyer Liqanın son 6 mövsümündə yeganə debütantdır ki, ilk iki qarşılaşmanı qolsuz tərk etmir.

Turnirin tarixində sonuncu belə debüt 2019/20 mövsümünə təsadüf edib. Nikolas Raysel “Qəbələ”yə qoşulduqdan sonra meydana çıxdığı ilk iki oyunda rəqib qapısına yol tapıb. “Sabah”la “Səbail”in hərəsinə bir qol vuran fransalı hücumçu da Vensan kimi ilk görüşə sonradan meydana çıxıb, digərində isə start heyətində yer alıb.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
11
fanat.az

10Mənbələr