AZ

“Müəllimlərə kommunal xərclərdə güzəştlər tətbiq edilməlidir" - Yeni TƏKLİF

"Kənar ərazilərdəki təhsil müəssisələrində çıxarılmış vakant yerləri müəllimlərin seçmələrinə müvafiq olaraq əlavə stimullaşdırıcı verilirdi. H1, H2 əmsalı ilə belə bir hesablama aparılırdı və müəllimlərə bu ödənişlər ödənilirdi. İndi də yenə həmin həvəsləndirici xarakter daşıyan hesablamadır".

Bu barədə Redaktor.az-a elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi gələn ildən gənc müəllimlərin kənd məktəblərinə cəlb olunması üçün onların maaşlarına il ərzində təxminən 2 min manat əlavə ediləcəyindən danışarkən bildirdi.

Onun sözlərinə görə, hazırda əvvəl verilən məbləğdə bir qədər artım var:

"Düşünmürəm ki, təkcə bu faktor müəllimlərə məhz həmin o ərazilərdə çıxan vakant yerləri seçməyə təkan vermiş olsun. Məncə, biz əlavə stimullaşdırıcı addımlar da atmalıyıq. Burada müəllimlərə veriləcək mənzillər üzrə kredit faizini aşağı təyin etmək olar. Məlum olduğu kimi, müəllim öz yaşadığı ərazidən başqa əraziyə gedir. Müəyyən torpaq sahəsinin təminatı məsələsinə baxmaq olar. Nəqliyyat xərclərində müəyyən güzəştlərin tətbiqi nəzərdə tutula bilər. Kommunal xərclərdə də müəyyən əlavə güzəştlər tətbiq edilməlidir. Yəni bu kimi həvəsləndirici addımlar atılarsa, düşünürəm ki, müəllimlər məhz ucqar ərazilərdəki vakant yerlərin seçimində maraqlı olarlar".

Aytəkin TOFİQQIZI

Seçilən
1
1
redaktor.az

2Mənbələr