AZ

2026-cı il dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib - YENİLƏNİB

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilib.
Sherg.az xəbər verir ki, iclasda maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Taleh Kazımov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və digər hökumət üzvləri iştirak ediblər.

Hökumət üzvləri çıxış edib, deputatların suallarını cavablandırıblar.

Sonda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi” plenar iclasa müzakirə üçün tövsiyə edilib.

***
Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başlanıb.
Sherg.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

İclasda maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Taleh Kazımov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və digər hökumət üzvləri iştirak edir.
Seçilən
6
22
sherg.az

10Mənbələr