AZ

5 yaşlı qızını öldürüb, divanda gizlətdi

Rusiyada mənzildə divanda beş yaşlı qızın meyiti aşkarlanıb. 

"Unikal" xəbər verir ki, Rusiya Federasiyasının regional İstintaq Komitəsinin məlumatına görə, bazar ertəsi günorta saatlarında Çelyabinskdə mənzildə bıçaq xəsarətləri olan beş yaşlı qızın meyiti tapılıb.

Müəyyən edilib ki, 43 yaşlı qadın və övladı mənzildə kirayədə qalıb. Ev sahibi onları mənzildən çıxardıb. Daha sonra o, evə baxış keçirib və gözlənilməz hadisə ilə qarşılaşıb. Belə ki, ev sahibi divanda 5 yaşlı qızın meyitini aşkarlayıb. 

İddialara görə, azyaşlını anası qətlə yetirib və izi itirmək üçün meyiti divanda gizlədib.  Hazırda ananın axtarışları davam edir. 

Seçilən
38
2
unikal.az

3Mənbələr