AZ

Türkiyə ixracatdan əldə etdiyi gəlirlə yeni rekorda imza atıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

İstanbul, 4 noyabr, Günel Karatepe, AZƏRTAC

Bu ilin oktyabr ayı üzrə Türkiyənin ixracat rəqəmləri həm aylıq, həm də illik göstəricilərdə rekord həddə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin ticarət naziri Ömer Bolat açıqlama verib.

Məlumata əsasən, oktyabr ayında Türkiyədən ixrac olunan mallardan əldə olunan gəlir əvvəlki dövrə nisbətən 2,3 faiz artaraq 24 milyard dollar olub.

“Ən yüksək oktyabr ayı ixracatını reallaşdırmaqla yanaşı, son on iki aylıq ixracatda 270,2 milyard dollara çataraq yeni bir rekorda imza atdıq”, - deyə nazir bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
2
azertag.az

3Mənbələr