II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Şəmkir”in üzvü Tural Məmmədzadə mükafatlandırılıb.
Msport.az xəbər verir ki, sentyabrın ən yaxşı qolunun müəllifinə mükafatı VII turun “Xankəndi” – “Şəmkir” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.