AZ

Türkiyənin tanınmış futbol şərhçisi Ertem Şener Bakıya gəlib

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin məşhur idman jurnalisti və futbol şərhçisi Ertem Şener Bakıya gəlib.

BAKU.WS-in məlumatına görə, tanınmış teleaparıcı bu barədə gəlişindən dərhal sonra sosial şəbəkə hesabında paylaşım edib.

Ertem Şener "Qarabağ" və İngiltərənin "Çelsi" klubları arasında baş tutacaq qarşılaşmanı canlı izləyəcək.

Qeyd edək ki, tanınmış futbol eksperti "Qarabağ"ın son illərdə Avropa arenasında qazandığı uğurları şərh edir və təmsilçimizin uğurlarını yüksək qiymətləndirir.

Xatırladaq ki, "Qarabağ"–"Çelsi" oyunu noyabrın 5-də saat 21:45-də start götürəcək.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
baku.ws

2Mənbələr