AZ

Kenan Yıldız Xvaratsxeliya və Di Nataleyə bənzəyir Spaletti

ain.az, Qol.az saytına istinadən bildirir.

"Yuventus"un yeni baş məşqçisi Luçiano Spalletti futbolçusu Kənan Yıldız haqda danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis 20 yaşlı hücumçunu tərifləyib.

O, Türkiyə millisinin üzvünü Xviça Kvaratsxeliya (PSJ) və Antonio Di Natale (İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu) ilə müqayisə edib:

"Kənandan hansı mövqedə oynamağa üstünlük verdiyini soruşdum və o dedi ki, mərkəzdə sol cinahda və ya bir az irəlidə.

Bəlkə də Kenan Yıldızdan 100 metr geriyə qaçmağı tələb edəndə çətinlik çəkə bilərdi, lakin müasir futbolda müdafiədə oynamaq normadır. O, bu gün meydançaya çıxmağa hazırdır.

Kenan Yıldız bəzi texniki bacarıqlarında mənə Kvaratsxeliyanı, həmçinin Antonio Di Nataleni xatırladır. O, həm məşqdə, həm də matçlarda inanılmaz nəticələr göstərən futbolçulardandır".

Qeyd edək ki, Kenan Yıldız 2023-cü ildən Turin təmsilçisində oynayır. Onun komandası bu gün Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində "Sportinq"lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
qol.az

3Mənbələr