AZ

Smartfonlar tarixə qovuşur: 5 il ərzində... - VİDEO

Amerikalı milyarder İlon Mask hesab edir ki, gələcək beş il ərzində süni intellekt (AI) hazırkı smartfonları tamamilə əvəz edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Mask məşhur amerikalı podkast aparıcısı Co Roqan ilə söhbətində bildirib.

Maskın fikrincə, gələcəyin telefonu yalnız süni intellekt üçün bir vasitə olacaq, onun əməliyyat sistemi və tətbiqləri olmayacaq.

“Əslində, cihazınızda olan süni intellekt serverdəki AI ilə qarşılıqlı əlaqədə olacaq”, – deyə o qeyd edib.

Qeyd edək ki, KİV-in məlumatına görə, ChatGPT artıq belə bir cihazın yaradılması üzərində işləyir.

Mask daha əvvəl bildirib ki, gələcəkdə süni intellektli robotlar insanlardan bütün məcburi işləri öz üzərinə götürəcək.

Musavat.com

Seçilən
47
musavat.com

1Mənbələr