AZ

Fransa, Almaniya və İspaniyanın birgə hazırladığı layihə ilə bağlı narazılıq davam edir

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paris, 4 noyabr, AZƏRTAC

Fransa, Almaniya və İspaniyanın birgə hazırladığı “Gələcəyin Hava Döyüş Sistemi” layihəsi ətrafında gərginlik artır. Fransanın “Dassault Aviation” və Avropanın “Airbus” şirkətləri arasında bu strateji proqramın idarəolunması ilə bağlı fikir ayrılıqları üzə çıxıb.

AZƏRTAC xəbər verir ki, “Airbus” konserninin rəhbəri Giyom Fori mətbuat konfransında “Dassault Aviation”un narazılığını açıq şəkildə tənqid edib. “Əgər “Dassault Aviation” qəbul edilən qərarlardan razı deyilsə və fəaliyyətini bu konfiqurasiyada davam etmək istəmirsə, SCAF layihəsini tərk edə bilər”,- deyə o vurğulayıb.

“Dassault Aviation”un rəhbəri Erik Trapye sentyabr ayında verdiyi açıqlamada şirkətinin altıncı nəsil döyüş təyyarəsini təkbaşına hazırlaya biləcəyini bəyan etmişdi. Onun fikrincə, Fransa döyüş aviasiyası sahəsində Almaniyadan daha təcrübəlidir və bu səbəbdən layihənin əsas istiqamətinə – yeni nəsil döyüş təyyarəsi olan NGF-in (New Generation Fighter) hazırlanmasına “Dassault Aviation”un rəhbərlik etməsi məntiqlidir.

Mütəxəssislər isə layihənin yalnız texniki deyil, həm də bazar və strateji əməkdaşlıq məsələsi olduğunu vurğulayırlar.

Bəyanatlara baxmayaraq, Fransa, Almaniya və İspaniya hökumətləri ilin sonuna qədər razılaşmaya nail olmağa çalışır.

SCAF proqramının məqsədi 2040-cı illərədək Fransada “Rafale”i, Almaniya və İspaniyada isə “Eurofighter”i əvəz edəcək yeni nəsil döyüş sistemini yaratmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
azertag.az

2Mənbələr