AZ

Babayan: “Ermənistan böyük müharibəyə sürüklənir”

Tribuna saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Bu belə davam edərsə, böyük müharibə olacaq. Biz ABŞ və Avropanı regiona gətirmişik. Rusiyanın Ukrayna cəbhəsindəki vəziyyəti yüngülləşəndə ​​o və İran sizinlə məşğul olacaq”.

Tribunainfo.az xəbər verir ki, bunu separatçı Samvel Babayan deyib.

Onun sözlərinə görə, Ermənistan öz iqtisadiyyatının və ordusunun inkişafı ilə məşğul olmalı, hamı ilə əməkdaşlıq etməlidir. “Hakimiyyət Ermənistanın müstəqilliyinə nail olmadı. Əks halda ABŞ-a gedib hər şeyi güzəştə getməzdi. Xüsusilə, onlar yolu verdilər və indi Ermənistan tranzit gəlirlərini ABŞ-la bölüşməli olacaq. Hansı məqsədlə? Vəziyyəti daha da gərginləşdirmək üçün”.

Babayan qeyd edib ki, baş nazir Nikol Paşinyan Meğridən keçən yolu təhvil verməyəcəyinə and içmişdi. “Amma verdi. Bütün yolları özləri çəkə bilərdilər. Lakin hər şey bir gecədə həll oldu. Maraqlıdır, niyə birinci olaraq İcevana dəmir yolunu çəkmədilər?”

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
tribunainfo.az

2Mənbələr