AZ

"Arsenal"ın hücumçusu Çempionlar Liqası matçında iştirak etməyəcək

"Arsenal" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Slaviya"nın qonağı olacaq.

Sportal.az xəbər verir ki, London təmsilçisi Çexiyadakı oyuna ciddi itki ilə çıxacaq.

Viktir Dyökereş səfər matçında komandaya kömək edə bilməyəcək. İsveçli hücumçu Premyer Liqanın 10-cu turunun "Börnli" ilə görüşündə ayaq əzələsindən zədə alıb. 27 yaşlı forvard kollektivlə birlikdə Praqaya aparılmayıb.

"Arsenal" Viktor Dyökereşi mövsümün əvvəlində "Sportinq"dən 66 milyon avroya transfer edib. İsveç millisinin üzvü "topçular"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 6 qol vurub.

Qeyd edək ki, "Slaviya" - "Arsenal" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

saytlarin hazirlanmasi

Seçilən
8
2
sportal.az

3Mənbələr