AZ

Milli Məclisin deputatı: Media milli-mənəvi kimliyin qorunmasında mühüm təsir gücünə malikdir  

Ailə, qadın və uşaq məsələləri həm ictimai, həm də mənəvi müstəvidə cəmiyyətin əsas sütunlarından biridir. Bu istiqamətdə medianın rolu isə əvəzsizdir. Media yalnız məlumat ötürmə vasitəsi deyil, həm də dəyərlərin formalaşmasında, sosial məsuliyyətin artırılmasında, milli-mənəvi kimliyin qorunmasında mühüm təsir gücünə malikdir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu noyabrın 4-də keçirilən “Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan cəmiyyətində ailə institutunun möhkəmləndirilməsi, qadınların sosial fəallığının artırılması və uşaqların sağlam mənəvi mühitdə böyüməsi üçün aparılan işlər dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə medianın düzgün və obyektiv fəaliyyət göstərməsi, həm maarifləndirici, həm də təbliğat xarakterli materialların hazırlanması mühüm əhəmiyyət daşıyır: “Biz bu sahədə yeni yanaşmalara, innovativ media layihələrinə ehtiyac duyuruq. Xüsusilə də gənclər arasında ailə dəyərlərinin, milli ənənələrin, mənəvi məsuliyyət hissinin təşviqinə yönəlmiş informasiya məhsullarının hazırlanması vacibdir”.

Seçilən
25
2
azerbaijan-news.az

3Mənbələr