AZ

“Hansı metodologiyadan istifadə etməklə bu artımı proqnozlaşdırıblar?”

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“İlk gəlir istiqaməti fiziki şəxslərin vergisidir ki, bu vergi də 2 milyard 379 milyon manat proqnozlaşdırılır. Bu il üçün bu mənbədən 1 milyard 989 milyon manat gəlir daxil olması proqnozlaşdırılır. Bu isə o deməkdir ki, bu mənbə üzrə 390 milyon manat artım nəzərdə tutulur”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

O qeyd edib ki, bu, birbaşa qeyri-dövlət və qeyri-neft sektorunda gəlir vergisində güzəştlərin müddətinin başa çatması, 2026-cı ildə əməkhaqqı fondunda gözlənilən artım və əmək bazarındakı ağarma ilə əlaqələndirilə bilər. 

“Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, 2500 manatadək qeyri-dövlət və qeyri-neft sektorunda 3 faiz gəlir vergisi tətbiq edilməsi nəzərdə tutulur. 2024-cü ildə 23.9 milyard manatlıq əməkhaqqı fondunun 9.7 milyard manatı qeyri-dövlət və qeyri-neft sektorunun payına düşüb. Bu o deməkdir ki, qeyri-dövlət və qeyri-neft sektoru ümumi əməkhaqqı fondunun 40.5 faizni formalaşdırıb.

Bu fonda işəgötürənin ödədiyi sosial sığortdann başqa, digər icbari ödənişlər də daxildir. 2025-ci ildə orta aylıq əməkhaqqı 9,1 faiz, gələn il isə 6.2 faiz çatacağı gözlənilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdlu işçilərinin cəmi 7.6 faizinin maaşı 1700 manatdan çox olub. Bu isə o deməkdir ki, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanların böyük əksəriyyəti birinci pillə, yəni 3.0 faiz vergiyə cəlb ediləcək. Mövcud əməkhaqqı fondundakı artımı və strukturu nəzərə alsaq, statisik metodologiya 390 milyon manatlıq artım formalaşdırmır. Belə olan halda, profil qurumlar hansı metodologiyadan istifadə etməklə bu mənbə üzrə artımı proqnozlaşdırıblar?”, - deyə deputat bildirib. 

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
1
qafqazinfo.az

2Mənbələr