AZ

Polşa özünün “dron divarı”nı yaratmaq istəyir

Bakı, 4 noyabr, AZƏRTAC

Varşava Avropa İttifaqını gözləmədən özünün “dron divarı” üzərində işə başlamağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Sezari Tomçik “Bloomberg” agentliyinə bildirib. Onun sözlərinə görə, dronların aşkarlanması və qarşısının alınması texnologiyaları üzrə investisiya məbləği yaxın günlərdə açıqlanacaq. Müqavilələrin ən azı yarısı Polşa şirkətlərinə verilməlidir.

“Biz bütün Avropa İttifaqı üzərində səmanı qorumaq ideyasını dəstəkləyirik və xarici təklifləri, yaxud həll yollarını nəzərdən keçirməyə hazırıq. Bununla belə, biz milli layihələrə üstünlük veririk”, - deyə nazir müavini bildirib.

Hökumət hesab edir ki, sistemi iki il ərzində tamamlamaq mümkün olacaq.

“Dron divarı” layihəsi Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrin birgə təşəbbüsü olmaqla, Rusiya ilə sərhəddə çoxqatlı monitorinq avadanlığı sistemi və pilotsuz uçuş aparatları əleyhinə avtomatlaşdırılmış müdafiə sistemlərinin yerləşdirilməsinə yönəlib. Layihə hazırda prototip seçimi mərhələsindədir.

Seçilən
32
1
azertag.az

2Mənbələr