AZ

Sabah leysan yağacaq

Azərbaycanda noyabrın 5-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, 4-dən 5-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Gündüz tədricən kəsiləcək. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.

Seçilən
11
49
publika.az

10Mənbələr