AZ

İranda neft emalı zavodunda güclü yanğın baş verib

İranda “Eyvanki” neft emalı zavodunda güclü yanğın baş verib, hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyirlər.

Vətəninfo.az xəbər verir ki, bu barədə yerli KİV xəbər verir.

Müəssisə Semnan əyalətinin Cənnət-Abad sənaye şəhərində yerləşir.

Ölən və ya xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.

Bildirilir ki, hadisə yerinə Semnan, Tehran və digər qonşu əyalətlərdən yanğınsöndürmə, təcili yardım briqadaları, polis və qəza-xilasetmə xidmətləri göndərilib.

Yanğının lokallaşdırılması işləri davam edir.

Yanğının dəqiq səbəbləri ekspertlər tərəfindən aparılan araşdırma başa çatdıqdan sonra müəyyən ediləcək.

Seçilən
42
veteninfo.az

1Mənbələr