Azərbaycanda vəzifəli şəxs vəfat edib.
Sitat.info yeni sabaha istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travma və ortopediya bölməsinin elmi rəhbəri Elşən Məhərrəmov dünyasını dəyişib.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Elşən Kamal oğlu Məhərrəmov 1966-cı ildə Bakıda doğulub. O, 1983-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub. 2011-ci ildən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travma və ortopediya bölməsinin elmi rəhbəri vəzifəsində çalışıb.