AZ

Ukrayna Rusiyanın Kstovo şəhərində iki neft müəssisəsini vurdu (VİDEO)

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın Nijni Novqorod vilayətində yerləşən Kstovo şəhərində gecə saatlarında pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində "Lukoil" neft bazası və "Sibur-Kstovo" neft-kimya zavodu ərazisində güclü partlayış və yanğın baş verib.

Qaynarinfo xəbər verir ki, Rusiya mənbələrinin məlumatına görə, 4 noyabr gecəsi şəhər sakinləri ardıcıl partlayış səsləri eşidib, səmada güclü alov işığı müşahidə olunub. Sosial şəbəkələrdə yayılan videolarda sənaye zonasında baş verən yanğın açıq görünür.

Analitik platforma Astra kadrları təhlil edərək hadisənin Novolikeevo kəndi yaxınlığında, Kstovonun cənub-şərq sənaye hissəsində baş verdiyini müəyyənləşdirib. Məhz burada iki iri müəssisə – "Sibur-Kstovo” və "Lukoil-Nijegorodnefteorgsintez” – yerləşir.

"Sibur-Kstovo” zavodu etilen, propilen, benzol və digər karbohidrogen fraksiyaları istehsal edir. Ukrayna mənbələrinin iddiasına görə, bu müəssisə həm də partlayıcı maddələrin tərkib hissələrini hazırlayır.

"Lukoil-Nijegorodnefteorgsintez” isə Rusiyanın ən iri neft emalı zavodlarından biridir. O, Moskva bölgəsini yanacaqla təmin edən əsas mənbələrdən sayılır. Zavodun illik emal gücü təxminən 17 milyon ton təşkil edir və o, 50-dən çox məhsul növü istehsal edir – avtomobil, aviasiya və dizel yanacaqları, bitum, parafin və s.

Xatırladaq ki, bu, Kstovoda "Lukoil” obyektlərinə edilən ikinci PUA hücumudur – ilin əvvəlində də oxşar hadisə qeydə alınmışdı.

Bundan başqa, Rusiyanın Başqırdıstan bölgəsində yerləşən Sterlitamak şəhərində partlayış baş verib. Hadisə "Steximneftem Zavodu"nun (АО "СНХЗ”) su təmizləmə sexində qeydə alınıb, nəticədə sexin bir hissəsi çöküb.

Məlumatı yerli hakimiyyət orqanları təsdiqləyib. Onların açıqlamasına görə, partlayışın səbəbləri araşdırılır.

Eyni zamanda, "Astra” Telegram kanalı xəbər verir ki, şəhər sakinləri hadisə ərəfəsində bir neçə partlayış səsi eşidiblər və PUA (dron) hücumu təhlükəsi elan olunub.

Hadisə yerində fövqəladə xidmətlər işləyir, rəsmi qurumlar hadisənin dron hücumu ilə əlaqəli olub-olmadığını dəqiqləşdirir.

Qeyd edək ki, Rusiyanın Kursk vilayətində yerləşən Rıylsk şəhərindəki elektrik yarımstansiyasına hücum nəticəsində isə bölgənin bir hissəsi elektriksiz qalıb.

Vilayətin qubernatoru Aleksandr Xinşteyn Telegramda bildirib ki, Rıylsk, Qluşkov və Korenev rayonlarında ümumilikdə 16 mindən çox abonent işıqsız qalıb.

"Rıylsk şəhərində düşmənin yarımstansiyaya hücumu nəticəsində fövqəladə elektrik kəsintisi baş verib. Nəticədə, Rıylsk, Qluşkov və Korenev rayonlarında enerji təchizatı dayandırılıb”, – deyə Xinşteyn qeyd edib.

Onun sözlərinə görə, enerji xidməti əməkdaşları artıq bərpa işlərinə başlayıblar və yaxın zamanda elektrik təchizatının tam bərpa olunması planlaşdırılır.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
qaynarinfo.az

1Mənbələr