Şimali Koreyanın simvolik dövlət başçısı hesab edilən Kim Yonq-nam 97 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Bildirilib ki, dövlətin möhkəmlənməsinə və inkişafına əhəmiyyətli töhfələr verən Kim Yonq-nam xərçəngə bağlı çoxsaylı orqan çatışmazlığından vəfat edib.
Bildirilib ki, Şimali Koreya lideri Kim Çen In da Kim Yonq-namın dəfn mərasimində iştirak edəcək.