AZ

İcra hakimiyyətlərinin gəlir və xərclərinin məbləği AÇIQLANDI

2026-cı ildə yerli büdcələrin gəlirləri 758 milyon manata çatacaq. Ən çox vəsait ətraf mühitin mühafizəsinə yönəldiləcək.


Manset.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2026-cı il üçün yerli gəlirlər 758,3 milyon manat, yerli xərclər isə 759,1 milyon manat məbləğində nəzərdə tutulur.

Yerli xərclərin əsas istiqamətləri aşağıdakı kimi bölüşdürüləcək:

246,8 milyon manat (32,5%) - ətraf mühitin mühafizəsi, sanitar təmizlik və abadlaşdırılma xidmətlərinin ödənilməsi;
218,6 milyon manat (28,8%) - icra hakimiyyəti orqanlarının saxlanılması;
212,1 milyon manat (27,9%) - mənzil və kommunal təsərrüfatı xərcləri;
47,1 milyon manat (6,2%) - nəqliyyat və rabitə xərcləri (o cümlədən yolların əsaslı təmiri üçün 46,3 milyon manat);
15,5 milyon manat (2,0%) - kirayədə yaşayan hərbi qulluqçulara, o cümlədən ehtiyatda və istefada olanlara pul kompensasiyası;
5,7 milyon manat (0,8%) - mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti sahələri;
13,3 milyon manat (1,8%) - digər istiqamətlər üzrə xərclər.

İqtisadi təsnifata uyğun olaraq, 2026-cı il üçün yerli xərclərin strukturu belə müəyyən edilib:

Əməyin ödənişi xərcləri - 51,9% (394,1 milyon manat);
İş və xidmətlərin alınması - 29,5% (223,9 milyon manat);
Malların satın alınması - 3,0% (22,5 milyon manat);
Qeyri-maliyyə aktivlərinə yönələn xərclər - 15,1% (115 milyon manat);
Subsidiyalar - 0,1% (0,9 milyon manat);
Sosial ödənişlər - 0,4% (2,7 milyon manat).

Seçilən
9
3
manset.az

5Mənbələr