AZ

Sürücünün qarşısına çıxan at qəzaya səbəb oldu

Cəlilabadda sürücünün qarşısına çıxan at qəzaya səbəb olub.

"Unikal"ın verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında baş verib. Sahədən çıxan at, Cəlilabad rayon Başlıq kənd sakini 1978-ci il təvəllüdlü Anar Maşallah oğlu Bədəlovun idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəqliyyat vasitəsi idarəetməni itirərək Yasin Yusif oğlu Nəsirovun idarə etdiyi ağır tonajlı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində at hadisə yerində ölüb, sürücü A.Bədəlov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Seçilən
27
50
unikal.az

10Mənbələr