AZ

Gələn il Qarabağ Universitetinin təmin edilməsinə nə qədər pul xərclənəcək? - RƏSMİ

Qarabağ Universitetinin fəaliyyətinin 2026- cı ildə təmin edilməsi məqsədilə 39,0 milyon manat vəsait nəzərdə tutulub.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, eyni zamanda, Qarabağ Universitetində 6 istiqamət və 34 ixtisas (o cümlədən, tibb - 100 nəfər) üzrə 2500-dək tələbənin, 2025/2026-cı tədris ilindən etibarən isə 4000-dək tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır.

Seçilən
5
1
day.az

2Mənbələr