AZ

Mehdiyev işi ilə bağlı geniş açıqlamalar veriləcək YAP çı deputat

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Ramiz Mehdiyevə qarşı ittihamları Dövlət Təhlükəsizliyi Xidməti (DTX) irəli sürüb. Çox ağır maddələrdir. DTX dövlətçiliyin keşiyində çox ciddi dayanan bir qurumdur. Yəqin, bunun əsasları olub ki, sonda belə bir qərar qəbul edilib".

Bakupost.az xəbər verir ki, YAP-çı deputat Aydın Mirzəzadə bu sözləri “Yeni sabah”a müsahibəsində deyib.

Millət vəkili qeyd edib ki, hazırda araşdırma gedir:"Zamanı gələndə daha geniş açıqlamalar veriləcək. Ümumiyyətlə, Azərbaycanda bütün cinayətlərin tədqiqatı, məhkəmə prosesi barəsində zaman-zaman cəmiyyətə məlumat verilir. Yəni gizli qalan heç nə olmur. Düzdü, Ramiz Mehdiyev çox yüksək posta işləmiş bir insandır. Ona görə də onun həbsi, ona qarşı cinayət işinin qaldırılması cəmiyyətdə çox geniş müzakirələrə səbəb oldu. Çox düzgün olaraq insanlar bunun niyə baş verdiyini və Ramiz Mehdiyevin hansı səbəbdən bu işə qol qoyması ilə bağlı suallar verirlər. Bütün bunların hamısı hazırda tədqiq edilir. Bu hadisədə başqa iştirakçıların olub-olmamasını istintaq müəyyənləşdirəcək. Dünən məlum oldu ki, Ramiz Mehdiyevin Elmlər Akademiyasında prezident olduğu dövrdə onun köməkçisi olan şəxs də məhz eyni maddələrlə həbs edilib. Görünür, buna çox ciddi əsaslar olub. Kimlər ki bu işdə iştirakçıdır, onlar mütləq müəyyənləşdiriləcək və müvafiq qərarlar qəbul ediləcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
www.bakupost.az

2Mənbələr