AZ

Ağdam şəhərinə qayıdışla bağlı ilk püşkatma keçirilib - FOTOLAR

Noyabr ayının 3-ü Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində Ağdam şəhərinə qayıdışla bağlı ilk püşkatma keçirildi.

QHT.az xəbər verir ki, bu barədə məlumatı "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin rəhbəri Anar Xəlilov bildirib. Onun sözlərinə görə, İctimai Şura sədri olaraq bu mərasimi müşahidə edib:

"Ağdam şəhərinə geri dönən keçmiş məcburi köçkünlərin sevinc hislərini izləmək çox xoş idi. Ağdamlılar Ali Baş Komandana, qazilərimizə öz dualarını bildirdi, şəhidlərimizə Allahdan rəhmət dilədilər. Çox nümunəvi bir püşkatma mərasimi izlədim. İctima Şura olaraq püşkatma mərasiminin qanuna müvafiq olaraq şəffaf təşkilinə görə Komitə əməkdaşlarına öz təşəkkürümüzü bildiririk. Vətənlərinə geri dönən keçmiş məcburi köçkünlərimizi təbrik edirik!"

Seçilən
11
1
qht.az

2Mənbələr