Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek ÖmüraliyevUNESCO-nun dekabrın 15-i Dünya Türk Dilləri Ailəsi Günü elanetməsini alqışlayıb.
Trend xəbər verirki, bu barədə müvafiq qərar Təşkilatın noyabrın 3-də Səmərqənddəkeçirilən 43-cü Baş Konfransında qəbul olunub.
“UNESCO-nun 3 noyabr 2025-ci il tarixində Səmərqənddə keçirilmiş43-cü Ümumi Konfransı zamanı 15 dekabr gününü Dünya Türk DiliAiləsi Günü kimi elan etməsi ilə bağlı tarixi qərarını məmnunluqlaqarşılayıram”,- deyə Ömüraliyev bildirib.
Onun sözlərinə görə, bu mühüm qərar, Türk dilinin qədimköklərini və ümumbəşəri dəyərlərini vurğulayır; Türk mədəniyyətininbirləşdirici rolu və zəngin tarixi irsi ilə bağlı dərin əlaqələriniəks etdirir.
Ömüraliyev bildirib ki, Mədəni və dil müxtəlifliyininqorunmasına həsr olunmuş ən aparıcı institut olan UNESCOçərçivəsində bu günün elan edilməsi, eyni zamanda Türk Dünyasınınyüksələn kimliyinin, dəyərlərinin və bu günkü qlobal səhnədə artanrolunun da təsdiqidir.
“Bu mənalı təşəbbüsə töhfə verən bütün Üzv Dövlətlərimizi vəmüşahidəçilərimizi səmimi qəlbdən təbrik edirik.Türk DövlətləriTəşkilatı olaraq, ortaq tarixi və mədəni irsimizin tanıdılması,Türk xalqları arasında birliyin gücləndirilməsi və ortaqbaxışımızın irəlilədilməsi istiqamətində qərarlılığımızı davametdiririk”,- deyə Ömüraliyev sonda bildirib.