AZ

Su xəttinin üzərində tikilən evə ziyan dəydi Sakindən ŞİKAYƏT VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda evi su basıb. Səbəb isə mənzilin köhnə su xəttinin üzərində tikilməsidir. Üstəlik, ev sahibi onu tikərkən ərazidən su xəttinin keçdiyindən də xəbərdar olduğunu deyir.

Avtosfer.az xəbər verir ki, axıntının yerini öyrənmək üçün mənzil sahibi özü evin döşəməsini dağıdaraq, yeri qazmalı olub.

Xətai rayonu, 1-ci Əhmədli küçəsi, 18a ünvanında yaşayan Bayram Cəfərov deyir ki, evə dəyən ziyan bir yana, su xəttinin təmiri və problemin aradan qaldırılması üçün etdiyi müraciətlərə də cavab ala bilmir.

Onun sözlərinə görə, mənzilin çıxarışı da var. Evi tikərkən ərazidən su xəttinin keçdiyindən də xəbərdar olublar. Lakin onlara bildirilib ki, xətt fəaliyyətsizdir.

Qonşuların sözlərinə görə, bu küçədə 10-a yaxın mənzil su xəttinin üzərində tikilib. Digər mənzillərdə də oxşar hadisələr baş verib, evləri dəfələrlə su basıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvandakı yaşayış evi içməli su xəttinin üzərində tikilib. Xətai Rayonu Sukanal İdarəsi həmin xəttin ləğv edilərək yeni şəbəkə qurulması üçün tikinti-quruculuq işləri görüb. İşlər tam yekunlaşdırıldıqdan sonra köhnə xəttin tamamilə ləğv edilməsi və yeni xəttin istifadəyə verilməsi təmin ediləcək. Qeyd olunub ki, hazırda ərazidə heç bir axıntı yoxdur, qəza briqadası axıntının qarşısını alıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
2
avtosfer.az

3Mənbələr