AZ

Çin avtomobilləri niyə yanır? -Səbəb AÇIQLANDI

Son vaxtlar Azərbaycanda Çin istehsalı olan avtomobillərin sürətlə artması müşahidə olunur. Xüsusilə də elektrikli modellərə maraq böyüyüb. Lakin son dövrlər baş verən bəzi hadisələr, o cümlədən yanğın və texniki nasazlıq hallarının qeydə alınması cəmiyyətdə bir sıra narahatlıq yaradır. Salyan rayonunda “Haval” markalı minik avtomobilinin yanması ilə bağlı son hadisə isə sualları daha da aktuallaşdırıb. Çin avtomobilləri doğrudanmı təhlükə mənbəyinə çevrilir, yoxsa problem daha çox elektrikli avtomobillərin texniki xüsusiyyətləri ilə bağlıdır?

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Modern.az-a avtomobillərdə baş verən yanğının səbəbini izah edərkən bildirib ki, yanğın halları müxtəlif səbəblərdən qaynaqlana bilər. Onun sözlərinə görə, xüsusilə köhnə avtomobillərdə daxili naqillərin köhnəlməsi bu riski artırır.

“Son dövrlərdə isə başqa bir tendensiya müşahidə olunur, avtomobillərə əlavə işıq avadanlıqları və müxtəlif elektron cihazlar qoşulur. Bu cihazlar çox vaxt peşəkar olmayan şəxslər tərəfindən servis və ya mağazalarda quraşdırılır. Nəticədə avtomobilin elektrik sistemi yüklənir və qısaqapanma baş verir ki, bu da yanğına səbəb olur”.

Eyyub Əliyev həmçinin vurğulayıb ki, bu hallar avtomobilin istehsal olunduğu ölkə ilə bağlı deyil:

“Amerika, Yaponiya, Koreya və ya Çin istehsalı olmasından asılı olmayaraq, bütün avtomobillərdə bu cür hadisələr baş verə bilər. Sadəcə hazırda Çin avtomobilləri bazarda daha geniş yayılıb və daha çox satıldığı üçün belə hadisələr də onların adı daha çox hallanır.

Ümumilikdə aparılan müşahidələr onu göstərir ki, avtomobillərdə yanğınların əsas səbəbi sonradan qoşulan əlavə avadanlıqların düzgün quraşdırılmamasıdır”,- deyə icraçı direktor qeyd edib.

Seçilən
5
2
turkustan.az

3Mənbələr