AZ

İcra başçıları özlərini alverçi kimi aparır: Professordan ÇAĞIRIŞ

ain.az bildirir, Tribuna saytına əsaslanaraq.

İcra başçılarının fəaliyyəti ciddi şəkildə nəzarətə götürülməlidir.

Bu təkliflə professor Qabil Hüseynli çıxış edib. O, Tribuna-ya açıqlamasında deyib ki, on icra başçısının həbsi belə digərlərinə dərs olmayıb:

“Ona görə də bu sistemdə ciddi yoxlamalar lazımdır.

İcra başçıları özlərini prezidentin yerlərdəki nümayəndəsi yox, alverçi kimi aparırlar. Sanki bunların işi torpaq satmaq, tikintiyə icazə üçün rüşvət almaq, harada səki, yaşıllıq, boş yer gördü oranı peşkeş eləməkdir.

Artıq bu məsələ kifayət qədər ciddiləşir.

Düşünürəm ki, onların bir çox səlahiyyətləri əllərindən alınmalıdır”.

Qabil Hüseynli gələcəkdə İH-lərin ləğvini də istisna etmir.

Onun fikrincə bu struktur işə yaramazdır.

Gülşən Rəsul

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
2
tribunainfo.az

3Mənbələr