AZ

Qazaxıstanın gənc geoloqları Balaxanıdakı neft mədənləri ilə tanış oldu (FOTO)

Bakı. Trend:

Qazaxıstanın K. Satbayev adına Milli Elmi-Tədqiqat TexnikiUniversitetinin magistr tələbə heyəti “Balakhani Operating Company”hasilat şirkətini ziyarət edib.

Geologiya ixtisası üzrə təhsil alan gənclər Azərbaycan nefthasilatının beşiyi hesab edilən Balaxanı mədənlərinin tarixi ilətanış olub, hasilat prosesi, mərkəzi neft yığım məntəqəsindəproseslərin idarəolunması mərhələlərini izləyiblər.

Qazaxıstan akademik heyətinin səfəri K. Satbayev Universitetiilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasındaəməkdaşlıq çərçivəsində təşkil edilərək geoloqlara elmi-tədqiqattəcrübəsi qazanmaq, Azərbaycan müəssisələrinin fəaliyyəti ilə tanışolmaq və praktiki təcrübə mübadiləsi aparmaq məqsədi daşıyıb.

Qazaxıstanlı tələbələr hasilat şirkətinin rəhbər heyəti ilə dəgörüşərək onlarla fikir mübadiləsi aparıblar. Şirkətin müşavirləri,Əməkdar mühəndislər Şaiq Bəkirov və Telman Cəfərov Balaxanıda neftsənayesinin inkişaf mərhələləri, aparılan tədqiqatlar və çoxilliktəcrübələrin bu kimi təhsil mübadiləsi proqramları çərçivəsindəpaylaşılmasının əhəmiyyətindən danışıblar.

Sonda qonaqlara “Balakhani Operating Company” LTD tərəfindənxatirə hədiyyələri təqdim olunub.

Qazaxıstanın
Qazaxıstanın
Qazaxıstanın
Seçilən
10
5
az.trend.az

6Mənbələr