AZ

"Messinin məndən üstün olduğunu düşünmürəm" - Ronaldo

style='margin-bottom:10px;'>

Portuqaliya millisinin və "Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldo "Mançester Yunayted"in əfsanəsi Ueyn Runinin Lionel Messini ondan daha üstün görməsinə münasibət bildirib.

QOL.az xəbər verir ki, bir neçə gün əvvəl Runi Kriştianodan nifrət etmədiyini, lakin Messinin daha yaxşı futbolçu olduğunu söyləyib.

Ronaldo isə Runinin açıqlamasına reaksiya verib. 40 yaşlı forvar bu fikirlə razılaşmadığını deyib: 

"Problem yoxdur. Runi istədiyini söyləyə bilər. Amma onun fikirləri ilə razı deyiləm. Təvazökar olmayacağam. Messinin məndən üstün olduğunu düşünmürəm".

Qeyd edək ki, futbol tarixinin son 20 ilində Kriştiano Ronaldo və Lionel Messi müqayisələri davamlı olaraq ön plana çıxır. Ronaldo 2003-cü ildən Portuqaliya millisinin üzvüdür. Ulduz hücumçu karyerası ərzində "Sportinq", "Mançester Yunayted", "Real", "Yuventus" kimi klubların formasını geyinib. 

Messi isə 2005-ci ildən Argentina millisinin şərəfini qoruyur. Hazırda "İnter Mayami"də çıxış edən 38 yaşlı forvard karyerası ərzində "Barselona" və PSJ-də də oynayıb. 

Seçilən
54
2
teleqraf.com

3Mənbələr