AZ

Mahirə Hüseynovanın 65 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirilir YENİLƏNİR/FOTO

Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli filoloq alim, filologiya elmləri doktoru, professor, tanınmış şairə Mahirə Hüseynovanın 65 illik yubileyinə həsr olunmuş “Mən bu ömrü elə belə yaşadım” adlı ədəbi-bədii gecə keçirilir. SİA xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin, AMEA-nın, Qərbi Azərbaycan İcmasının nümayəndələri, ali məktəb rektorları, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər və incəsənət nümayəndələri iştirak edir. Tədbir ADPU-nun rektoru, professor Cəfər Cəfərovun açılış nitqi ilə başlayıb.

Çıxış edən rektor bildirib ki, Mahirə xanımın həyat yolu birbaşa Pedaqoji Universitetlə bağlıdır. O, təhsil aldığı bu universitetdə müəllimlik fəaliyyətindən başlayaraq kafedra müdiri, fakültə dekanı və hazırda beynəlxalq əlaqələr üzrə prorektor kimi uğurlu fəaliyyəti ilə ADPU-nun inkişafına mühüm töhfələr verib və bu yorulmaz fəaliyyətinə bu gün də davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
sia.az

2Mənbələr