AZ

Azərbaycanın cari əməliyyatlar balansı gələn il 2 milyard dollara yaxınlaşacaq

BAKI,TurkicWorld

Gələn il cari əməliyyatlar hesabının balansının 1,901 milyard ABŞ dollarına bərabər olacağı, növbəti iki ildə azalaraq 1,230 milyard ABŞ dollarına enəcəyi, ortamüddətli dövrün sonunda qaz hasilatının artacağı ilə əlaqədar 1,837 milyard ABŞ dollarına yüksələcəyi nəzərdə tutulur.

TurkicWorld-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.

Bildirilib ki, 2026-cı ilin tədiyə balansı üzrə proqnozlaşdırılan meyillərin əsas determinantlarından biri neft-qaz qiymətləri və hasilatı olub, ortamüddətli dövrdə neftin qiymətinin 65,0 ABŞ dolları götürülməsi, həmçinin neft-qaz hasilatının, 2029-cu il istisna olmaqla, azalan dinamika ilə proqnozlaşdırılması cari əməliyyatlar hesabı üzrə profisitin formalaşmasına təsir göstərib.

Proqnozlara əsasən, 2026-2029-cu illərdə qeyri neft-qaz sektoru üzrə idxalın müvafiq sektor

hesabına maliyyələşdirilməsi nisbətinin tədricən artaraq 36,2%-ə yüksələcəyi proqnozlaşdırılır.

Eyni zamanda vurğulanıb ki, tədiyə balansı üzrə proqnozlara əsasən, qeyri neft-qaz məhsulları üzrə ixracın 2026-cı ildə 4,2 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır.

Seçilən
4
1
turkic.world

2Mənbələr