AZ

Munir əl-Berş: “Cəsədlərin əksəriyyəti “sümüklərdən ibarətdir”

Yazını böyüt
Yazını kiçilt

Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Berş deyib ki, “Son təhvil verilən 30 şəhidin cəsədi azad edilən qruplar arasında ən acıverici olub”.

Hafta.az-ın yazdığına görə, əl-Berş bildirib ki, “cəsədlərin əksəriyyəti yalnız sümüklərdən ibarət olub, bəziləri isə tanınmaz hala düşmüşdü, sifətləri işgəncə və quma basdırılma səbəbindən tamam çürümüşdü”.

Əl-Berş deyib: “İşğalçı qüvvələr sahiblərinə işgəncə verdikdən və edam etdikdən sonra bu cəsədləri basdırıb sonradan təhvil vermək üçün morqlara apardılar. Bu, onların üzlərinin yoxa çıxmasına və bir çoxunun tamamilə əriməsinə səbəb olub”.

Əl-Berş bildirib ki, cəsədlər atəş, işgəncə və tankların altında əzilmə səbəbindən hissələrə bölünüb. O əlavə edib ki, yeni cəsədlərə əvvəlki kimi eyni prosedurlar tətbiq olunacaq və ailələrə cəsədləri görmək imkanı veriləcək. “Qəzzada atəşkəsdən təhvil alınan 255 cəsəddən 75-i ailələri tərəfindən müəyyən edilib, 120 şəxsiyyəti müəyyən edilməmiş şəhid dəfn edilib”, - nazirliyin rəsmisi deyib.

Qeyd edək ki, İsrail ordusu dünən 11 oktyabrda Həmas-la əldə edilən əsir mübadiləsi razılaşmasının bir hissəsi olaraq 30 fələstinlinin cəsədini geri qaytarıb.

Başqa bir hadisədə, Qəzza zolağının müxtəlif ərazilərində İsrail atəşi nəticəsində iki fələstinli həlak olub, biri yaralanıb. Nussiratdakı əl-Əvda Xəstəxanasından bildirilib ki, son 24 saat ərzində əl-Zəhra şəhərinin sakinləri tərəfindən xilas edilən bir şəhidin cəsədini, eləcə də Qəzza zolağının mərkəzindəki əl-Bureyc qaçqın düşərgəsinin şərqində İsrail atəşi nəticəsində həlak olan bir fələstinlinin cəsədini alıb.

Fələstin Xəbər Agentliyi (WAFA) bildirib ki, dünən işğal güllələrindən yaralanan daha bir vətəndaş Qəzza şəhərinin şərqindəki Şucaiyyə məhəlləsində ölüb.

Seçilən
33
hafta.az

1Mənbələr