AZ

İƏT-ə üzv ölkələrdə ixrac strategiyalarının hazırlanması imkanları nəzərdən keçirirlib

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə ixracstrategiyalarının hazırlanması və təkmilləşdirilməsi mövzusuətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbərverir.

Belə ki, iqtisadiyyat nazirinin müavini Rövnəq AbdullayevTürkiyənin İstanbul şəhərində keçirilən İslam ƏməkdaşlıqTəşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə DaimiKomitəsinin (COMCEC) 41-ci iclasında iştirak edib.

Vurğulanıb ki, Azərbaycan İƏT-ə üzv dövlətlərlə çoxtərəfliəməkdaşlığın və iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə xüsusiönəm verir. Tədbirdə ixrac bazarlarının şaxələndirilməsi vəqeyri-neft-qaz ixracının genişləndirilməsi istiqamətində ölkəmizdəhəyata keçirilən tədbirlər, Avropa və İƏT bazarlarına çıxışıartıran layihələr barədə məlumat verilib. Qeyd edilib ki, kiçik vəorta biznes ixracatçıları üçün mübadilə proqramlarının, sənaye,bərpa olunan enerji, kənd təsərrüfatı və digər sahələrdə birgəlayihələrin həyata keçirilməsi mövcud iqtisadi və ticarətəlaqələrinin daha da güclənməsinə töhfə verə bilər.

Ölkəmizdə formalaşmış əlverişli biznes və investisiya mühiti,əməkdaşlıq üçün perspektiv istiqamətlər, sənaye zonalarınınimkanları, eləcə də işğaldan azad edilmiş ərazilərdə tətbiq edilənvergi və gömrük güzəştləri, digər stimullaşdırıcı mexanizmlərtədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Təşkilata üzv ölkələrin aidiyyəti dövlət qurumlarının rəhbərşəxslərinin iştirakı ilə keçirilən iclasda “İƏT-2025: FəaliyyətProqramı”nın icrası, qlobal iqtisadi meyllərin İƏT-ə üzv ölkələrətəsiri, İƏT çərçivəsində ticarət əlaqələrinin inkişafı, iqtisadiəməkdaşlıqda özəl sektorun rolunun artırılması, maliyyəəməkdaşlığının dərinləşdirilməsi, nəqliyyat və rabitəinfrastrukturunun təkmilləşdirilməsi və digər aktual məsələlərmüzakirə edilib. İƏT-ə üzv ölkələrdə ixrac strategiyalarınınhazırlanması və təkmilləşdirilməsi mövzusu ətrafında fikirmübadiləsi aparılıb.

Seçilən
36
12
az.trend.az

10Mənbələr