AZ

“Suriyalılara sığınacaq vermək üçün əsas yoxdur” – Almaniya kansleri

Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Suriyaya səfərinin ardınca kansler Fridrix Merts ölkənin müvəqqəti prezidenti Əhməd əş-Şaraanı ölkəsinə dəvət edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.

Mertsin dəvətinin səbəbi Əhməd əş-Şaraa ilə suriyalı cinayətkarların Almaniyadan deportasiyasını müzakirə etmək istəyidir.

“Suriyada vətəndaş müharibəsi başa çatıb. Almaniyada sığınacaq vermək üçün indi heç bir əsas yoxdur və biz deportasiya ilə başlaya bilərik”, – deyə kansler Husum şəfərinə səfəri zamanı deyib.

Almaniya lideri söz verib ki, ölkəsi Suriyada vəziyyətin sabitləşdirilməsində iştirak edəcək. O, həmçinin bildirib ki, suriyalı qaçqınların əhəmiyyətli hissəsinin könüllü şəkildə geri dönəcəyinə əmindir. “Onlar olmadan Suriyanın yenidən qurulması qeyri-mümkün olardı”, – deyə Merts vurğulayıb.

Kansler əlavə edib ki, Almaniyadan Suriyaya qayıtmaqdan imtina edənləri yaxın vaxtlarda deportasiya edə bilərlər.

“Spiegel” hesab edir ki, Mertz bu açıqlaması ilə xarici işlər naziri Vadefulun bəyanatına cavab verib.

Suriyaya səfəri zamanı nazir bildirib ki, illərdir davam edən vətəndaş müharibəsinin törətdiyi kütləvi dağıntıları nəzərə alsaq, çoxlu sayda suriyalı qaçqının qısa müddətdə könüllü olaraq oraya qayıdacağına şübhə edir.

“Burada insanların həqiqətən layiqli həyat sürməsi demək olar ki, mümkün deyil”, – deyə alman nazir dağıntıya məruz qalmış Harastaya səfəri zamanı deyib.

Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, avqust ayında Almaniyada Suriyadan olan 951 406 nəfər olub. Onlardan 920 nəfəri ölkəni tərk etməyə məcbur edilib.

Xatirə SADİQ

Seçilən
27
nocomment.az

1Mənbələr