AZ

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Qaradağ Rayon İcra Hakimiyyətində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən yoxlamalar zamanı həbs edilən Qafar Abdullayev deputatın qardaşı oğlunun vəzifəsini icra edirmiş.

Ölkə.Az-ın Manset.az-a istinadən məlumatına görə, keçirilən yoxlamalardan əvvəl Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun müvafiq əmri ilə rayon təsərrüfat şöbəsinin müdiri Rövşən Səmədzadə vəzifəsindən azad edilib. Onun vəzifəsinin icrası müvəqqəti olaraq həbs edilən Qafar Abdullayevə həvalə edilib.

İcra başçısının Rövşən Səmədzadəni işdən çıxarmasının səbəbi məlum deyil.

Qeyd edək ki, adıçəkilən Rövşən Səmədzadə Milli Məclisin deputatı Ziyad Səmədzadənin qardaşı oğludur.

Seçilən
8
11
olke.az

10Mənbələr