AZ

Ukrayna “Lukoil”un neft obyektini vurub

Vətəninfo.az xəbər verir ki, Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərində “Lukoil”a məxsus neft bazası və yaxınlıqdakı neft-kimya zavodunun yerləşdiyi sənaye zonasına pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində güclü yanğın baş verib.

Hadisə gecə saatlarında qeydə alınıb. Yerli sakinlər partlayış səsləri eşitdiklərini və sənaye zonasının üzərində parlaq işıq müşahidə olunduğunu bildiriblər.

“Astra”nın yayımladığı videogörüntülərin təhlilinə əsasən, yanğın sənaye zonasının cənub-şərq hissəsində – “Sibur-Kstovo” və “Lukoil-Nizheqorodnefteorqsintez” zavodlarının yerləşdiyi ərazidə baş verib.

“Lukoil-Nizheqorodnefteorqsintez” Rusiyanın ən iri neft emalı müəssisələrindən biri sayılır və Moskva vilayətinin yanacaqla təminatında mühüm rol oynayır. “Sibur-Kstovo” isə etilen, propilen, benzol və digər neft-kimya məhsulları istehsal edir.

Yanğının miqyası və mümkün tələfat barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Seçilən
36
veteninfo.az

1Mənbələr