BAKI, 4 noyabr. TELEQRAF
Rusiya Daxili İşlər Nazirliyi tanınmış bloger Hüseyn Həsənovu yenidən federal axtarışa verib.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" qurumun bazasına istinadən yayıb.
Bloger daha əvvəl də axtarışa verilmiş və qiyabi olaraq həbs edilmişdi.
Hüseyn Həsənovla bağlı Rusiya Cinayət Məcəlləsinin 174.4-cü maddəsi "xüsusilə böyük məbləğdə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və yuyulması" üzrə cinayət işi başlanılıb.
Qeyd edək ki, Hüseyn Həsənov 2024-cü ildən Rusiyada yaşamır.