AZ

ABŞ hava nəqliyyatını dayandıra bilər

AzVision.az xəbər verir ki, ABŞ-nin Nəqliyyat naziri Şon Daffi “CNBC” telekanalına müsahibəsində belə deyib.

“Bunu təhlükəli hesab etsəydik, bütün hava məkanını bağlayardıq. ABŞ hələlik belə bir ssenariyə hazır deyil. Həm də Hava nəqliyyatının hağlanması aviasiya sistemi üçün əlavə risk yaradır”,- Şon Daffi vurğulayıb.

Reuters:“Şatdaun dolları silkələyib”
Xatırladaq ki, ABŞ hökuməti rəsmi olaraq oktyabrın 1-də fəaliyyətini dayandırıb. Bu bağlanma ölkə tarixində ən uzun müddətə ikinci şatdaundur. Donald Trampın ilk prezidentliyi dövründə 2019-cu ilin yanvarında 35 günlük rekord müddətə şatdaun qeydə alınmışdı.

Hazırda yüz minlərlə dövlət işçisi maaşsız qalıb, təxminən 1,5 milyon əməkdaş natamam maaş alıb. Noyabrın 5-dək ABŞ-nin gələn il üçün büdcəsi razılaşdırılmasa, indiki qapanma ölkə tarixində ən uzun müddətli şatdaun ola bilər.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
24
2
azvision.az

3Mənbələr