AZ

Qətərdən Avropaya sərt xəbərdarlıq: Qaz ixracı dayandırıla bilər

Qətər Avropa İttifaqını təchizat zəncirlərinin yoxlanmasına dair yeni direktivi – CSDDD (Corporate Sustainability Due Diligence Directive) – yumşaltmadığı halda, mayeləşdirilmiş təbii qaz (LNG) ixracını dayandırmaqla hədələyib.

BAKU.WS xəbər verir ki, bu barədə Qətərin energetika naziri və QatarEnergy şirkətinin rəhbəri Saad Şeridə əl-Kaabi ADIPEC konfransında çıxışı zamanı xəbərdarlıq edib.

Nazirin sözlərinə görə, Avropa İttifaqı enerji sektorunda ümumi qlobal dövriyyənin 5 faizi həcmində cərimə nəzərdə tutan bu direktivi ya yenidən nəzərdən keçirməli, ya da ləğv etməlidir:

"Əgər Avropa bu qaydanı yumşaltmağı və ya ləğv etməyi düşünməsə, biz Avropaya mayeləşdirilmiş qaz tədarükünü dayandıracağıq. Bu, qəti qərardır", – deyə əl-Kaabi bildirib.

Qətərin bu bəyanatı, enerji bazarında, xüsusilə də Avropa ölkələrinin qış mövsümünə hazırlaşdığı bir dövrdə, ciddi narahatlıq doğurub.

Seçilən
51
far.az

1Mənbələr