ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yaponiyanın Keio Universitetinin alimləri kainatın qədim tarixi ilə bağlı yeni elmi tədqiqatlar aparıblar. Astrofiziklər qrupu müəyyən ediblər ki, kainat 7 milyard il əvvəl indiki dövrlərlə müqayisədə təxminən iki dəfə isti olub.Reyting.az xəbər verir ki, bu tədqiqat Çilidə, Atakama səhrasında yerləşən, həmçinin dünyanın ən böyük radioteleskop kompleksi sayılan "ALMA" vasitəsilə aparılıb. Alimlər uzaq qalaktikadakı kvasarın işığını təhlil etməklə, o dövrdə kainatın qalıq, yaxud da relikt şüalanmasının temperaturunu 5,13 K olaraq ölçüblər. Alimlər bildiriblər ki, müasir dövrdə bu temperatur çox təhlükəli deyil - təxminən 2,7 K. Bu isə o deməkdir ki, ±0,06 K dəqiqliklə, 5,13 K (yəni mütləq sıfırdan 5,13 dərəcə yüksək) təşkil edib. Elm adamları vurğulayıblar ki, hazırda relikt fonun temperaturu təxminən 2,7 K civarındadır və bu təqribən –270,45 °C-yə bərabərdir.Alimlərin hesablaması həm də bir ilkdir və indiyədək elm aləmində kainatın bu qədim dövrünün temperaturunun ən dəqiq ölçülməsidir. Tədqiqatçılar qeyd ediblər ki, dəfələrlə yoxlanılmış nəticələr bir daha kainatın tədricən soyumasını izah edən, alimlər tərəfindən Standart adlandırılan ümumi kosmoloji modelin doğruluğunu təsdiqləyir.Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.