AZ

Orta əsrlərə aid qüllə dağılıb

ain.az, Reyting.az portalına istinadən məlumat yayır.

İtaliyanın paytaxtı Roma şəhərində orta əsrlərə aid Konti qülləsi uçub. Reyting.az "Corriere della Sera" nəşrinə istinadla xəbər verir ki, qüllə tarixi abidə kimi bərpa olunurmuş.Qəzetin yazdığına görə, qəfil uçqun zamanı içəridə dörd işçi olub, onlardan biri uçqunun altında qalıb, digərləri müxtəlif xəsarətlər alıblar. Təxminən iki saat ötəndən sonra hadisə yerində çalışan xilasedicilər dağıntıların altında qalan işçini çıxarmağa çalışdıqları zaman yenidən uçqun baş verib. İkinci uçqunda isə burada çalışan bir yanğınsöndürən yüngül xəsarət alıb.Xatırladaq ki, İtaliyanın tarixi tikililəri siyahısında olan və xüsusi mühafizə edilən qədim Konti qülləsinin tikintisinə IX əsrdə başlanıb və bu əzəmətli qüllə uzun müddət ərzində nüfuzlu Konti ailəsinin iqamətgahı olub. XIII əsrdə qüllə Papa III İnnokentinin göstərişi ilə yenidən tikilib. XX əsrdə isə burada Roma meriyasının ofisləri yerləşib. Son illər İtaliya hökuməti Roma şəhərinin mərkəzindəki bu tarixi abidəyə nəzarəti, həmçinin mühafizəni gücləndirdiyindən, Konti qülləsindən digər məqsədlər üçün istifadə tamamilə qadağan olunub. Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
1
reyting.az

2Mənbələr