AZ

Türkiyədə “Qəzza toplantısı” -7 ÖLKƏNİN XİN RƏHBƏRLƏRİ İSTANBULDA BİR ARAYA GƏLDİLƏR

Noyabrın 3-də İstanbulda Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə İsrail və Fələstin arasındakı gərginliyin həlli istiqamətində toplantı keçirilib.

 

Senzor.az   bildirir ki, şərti olaraq “Qəzza toplantısı” adlandırılan tədbir BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla görüşən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirlərinin iştirakı ilə baş tutub.

 

Toplantıda İsrail və Fələstin arasında əldə olunan atəşkəsin davamlı sülhə çevrilməsi istiqamətində müsəlman ölkələrinin koordinasiyalı şəkildə hərəkət etməsinin əhəmiyyəti kimi məsələlər ətrafında fikir mübadilələri aparılıb, BMT platformalarında atılacaq addımlara dair məsləhətləşmələrin və sıx koordinasiyanın davam etdirilməsinin önəmi vurğulanıb.

 

Toplantıdan sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərin suallarını cavablandırıb.

Seçilən
32
2
senzor.az

5Mənbələr