AZ

Ceksonu təcavüzdə ittiham edən ailəyə 2,5 milyon dollar ödəyiblərmiş

Xəbər verdiyimiz kimi, Kaskio ailəsi beş övladının mərhum müğənni Maykl Cekson tərəfindən 25 ildən çox cinsi istismara məruz qalması və psixoloji manipulyasiya olunduğunu iddia edir.

Ölkə.az xəbər verir ki, "Financial Times" qəzetinin qəbzlərə və şəxsi yazışmalara istinadən məlumatına görə, Maykl Ceksonun qohumları Kaskio ailəsinin üzvlərinə gizlicə 2,5 milyon dollar ödəyiblər.

Qəzetin məlumatına görə, ödəniş 2020-ci ildə ittihamçılarla əldə edilən 13 milyon funt sterlinq (29 milyon manat) məbləğində razılaşmanım müqabilində ödənilib. Lakin Kaskio ailəsi razılaşma şərtlərinə etiraz etmək niyyətindədir və iddia edir ki, onlara əlverişsiz şərtlərlə razılaşmaq üçün təzyiq göstərilib. Onlar 160 milyon funt-sterlinq (357 milyon manat) təzminat tələb edir və həmçinin baş verənləri ictimaiyyətə açıqlamaq istəyirlər. Məşhur müğənninin varisləri öz növbələrində bu iddiaları yalan adlandırır və Kaskionu şantajda ittiham edirlər.

Qəzet qeyd edir ki, tərəflər 6 noyabrda Los-Anceles Ali Məhkəməsində görüşəcəklər. Dinləmədə prosesin qapalı və ya açıq şəkildə keçiriləcəyinə qərar veriləcək.(axsam)

Seçilən
89
olke.az

1Mənbələr